Türkiyədə Osmanlı adlı yeni partiya qurulub.
Teleqraf.com “Sözçü” qəzetinə istinadən xəbər verir ki, partiyanın şüarı “Lider Türkiyə”dir. Emblemdə ay üzərində ərəb əlifbasının əlif və vav hərfləri yer alıb.
Osmanlı Partiyasının başqanı İbrahim Ünyə seçkilərdə iştirak edəcəklərini deyib: “Hər yerə gedəcəyik, hər qapını döyəcəyik. Bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Hamı başa düşəcək ki, bura türk-islam torpaqlarıdır və Türkiyədə heç kim at oynada bilməz. Bu yaxınlarda bütün ölkəni dirçəldəcək proqramımızla tanış olacaqsınız.
Bu nəcib millətə xidmət etmək üçün gecə-gündüz çalışacağıq. Partiyamızın türk-islam aləminə xeyirli olmasını cənabi-Allahdan istəyirik”.
Qeyd edək ki, Türkiyədə partiya qurmaq üçün 30 adamın bir araya gəlməsi yetərlidir.
Sevinc