27 İyun 2014 18:24
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar həyata keçirəcək

Dünya Avropa Birliyindən Rusiyaya ciddi xəbərdarlıq edilib.

Teleqraf.com bildirir ki, AB Ukrayna məsələsinə görə Rusiyaya 3 gün möhlət verib.

Belə ki, həmin üç gün müddətində Rusiya Ukraynadakı qoşunlarını geri çəkməli və bu istiqamətdə lazımi addımlar atmalıdır.

Əks təqdirdə AB Rusiyanı hədəfə alan sanksiyaların həyata keçirilməsinə start verəcək.

Qeyd edək ki, Ukraynada Rusiya meylli separatçılar kütləvi əməliyyatlara başlayıb.

Donetsk vilayəti yaxınlığında separatçılar Ukrayna ordusuna qarşı hücum təşkil ediblər.

Hücum zamanı 300-ə yaxın Ukrayna əsgəri əsir düşüb./ans press/


Müəllif: