2 Sentyabr 2016 13:44
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda məscid imamlarına cümə namazı vaxtı İslam Kərimovun adını hallandırmaq və onun haqqında nələrsə danışmaq qadağan edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Özbəkistanın ali müftisi qərar verib.

Məlumatlara görə, bugünkü namazlarda əvvəlkilərə nisbətən daha çox polis əməkdaşı olub.

Qeyd edək ki, İslam Kərimov bu gün 78 yaşında vəfat edib.

Samir


Müəllif: