27 İyun 2014 19:28
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft şirkəti “Rosneft” və Britaniyanın BP Oil International Limited şirkəti neft və neft məhsullarının idxalı haqqında 5 illik müqavilə bağlayıb.

Teleqraf.com xəbər verir ki, neft ixracının həcmi 12 milyon ton müəyyən olunub.

Şərtlərə görə, ixracat 1,5 milyard dollardan az olmayaraq öncədən ödəmə sistemi ilə həyata keçiriləcək. Razılaşma imzalanan zaman öncədən ödənilən məbləğ 2 milyard dollar olub. Qeyd edək ki, şirkətin rəhbəri İqor Seçin Krımın anneksiyası ilə əlaqədar qəbul olunan sanksiyaların tətbiq olunduğu insanların siyahısına daxildir.

BP hələ ötən ay bəyan edib ki, şirkət yaranmış vəziyyət daxilində hərəkət edir və “Rosneft”lə əməkdaşlığı davam etdirəcək. Çünki sanksiyalar bütün şirkətə deyil, yalnız şirkətin rəhbərinə aiddir.


Müəllif: