27 İyun 2014 19:49
687

Hindistanda Andxra-Pradeş ştatından keçən qaz borusunda yanğınla nəticələnən partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, nəticədə ən azı 13 nəfər həlak olub. Yaralıların sayı dəqiq bilinmir.

Xilasedicilər hadisə qurbanlarının axtarışını davam etdirir. Hadisə zamanı onlarla ev yanaraq külə dönüb. Yerli hökumət ətraf kəndlərdə yaşayan vətəndaşların təcili evakuasiyasını həyata keçirib.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Bəzi məlumatlara görə yerli sakinlər yaxınlıqda yerləşən neftayırma zavoduna hücum edərək binanı daşqalaq edib, əmlakı dağıdıblar.


Müəllif: