27 İyun 2014 20:11
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada ölkə lideri, Kim Çen Inın şəxsi rəhbərliyi altında işlənərək istehsal olunmuş raketin sınağı keçirilib.

Teleqraf.com xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, yeni silah “müdafiə sektorunda inqilab” yaradacaq. Yayılan xəbərə əsasən, Yapon dənizinə 3 qısaməsafəli raket buraxılıb. Lakin bu raketlərin buraxılmasının sınaqla əlaqəli olub-olmaması barədə məlumat verilmir. Şimali Koreyanın bu addımı Çin prezidenti Si Tszinpinin Cənubi Koreyaya rəsmi səfərindən öncə atılmasının təxribat xarakter daşıması istisna olunmur.

Qeyd edək ki, səfər gələn həftə başlayır.


Müəllif: