27 İyun 2014 21:15
720

Rusiya ilə Belorus arasında razılaşma imzalanıb. Sənədə əsasən Rusiya rəsmi Minskə kreditə 2 milyard dollar məbləğində pul verəcək.

Teleqraf.com xəbər verir ki, razılaşmanın şərtləri açıqlanmasa da, Belorus biznes təhlilçiləri hesab edir ki, həmin məbləğ kreditə verilir. “Əgər bu məbləğ, həqiqətən də, kreditə verilirsə, nəzərə alınmalıdır ki, qısamüddətli kreditin faizləri yüksək olur”, - deyə, onlar bildirir.

Daha öncə Minsk və Moskva Belorusdakı qızıl ehtiyatlarının qorunması üçün veriləcək kreditin az məbləğdə olacağını elan etsələr də, bir müddət sonra, keçirilən danışıqlar nəticəsində məbləğ 2 milyard dollara qədər artırıldı. Belorus respublikasının maliyyə nazirinin müavini Maksim Yermoloviç bildirib ki, kredit bu həftənin sonuna qədər Minskə köçürüləcək.

Qeyd olunur ki, Belarus 2015-ci ildə 3 milyard dollarlıq daxili borcunu ödəməlidir.


Müəllif: