Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasiminə qatılmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Gülnarə Kərimova faktiki ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londondadır. Babasının dəfn mərasiminə o da gəlməyib.
Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.