4 Sentyabr 2016 13:18
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulmurad Xalimov ("Əl-Taciki") İŞİD-in yeni rəhbəri seçilib.

Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, o, bu postda antiterror əməliyyatları zamanı öldürülən Əbu Umar əş-Şişani ləqəbli Tarxan Batiraşvilini əvəz edib.

Bu barədə İRNA İraqın Neynəva şəhərinin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

"Tacik Qulmurad Xalimov İŞİD-i hərbi rəhbəri seçilib. Bu, rəsmi şəkildə elan olunmayıb. Çünki İŞİD Qulmurad Xalimovun aviazərbələrin hədəfinə çevrilməsini istəmir. İŞİD-in rəhbərliyinə daxil olan şəxslərin böyük əksəriyyəti Suriya ərazisindədir, onlardan yalnız bir neçəsi Neynəvada yerləşir", - anonim mənbə bildirib.

Qeyd edək ki, Qulmurad Xalimov Tacikistan XTMD-nin (OMON) keçmiş rəhbəridir. O, ötən ilin aprelində İŞİD-ə qoşulub. Tacikistanda o, dövlətə xəyanətdə ittiham olunur və barəsində axtarış elan olunub.

Nihad


Müəllif:

Oxşar xəbərlər