4 Sentyabr 2016 13:35
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir. Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.

"Biz istəmirik ki, ölkəmizin cənub bölgəsində terror təhlükəsi yaşansın. ABŞ-a Fəthullah Gülənin ekstradisiyası ilə bağlı sənədlər göndərilib ", - Ərdoğan deyib.

Türkiyənin prezidenti qeyd edib ki, Suriya qaçqınlarının problemi tək Ankaranın problemi deyil.

Həmçinin Ərdoğan əlavə edib ki, ABŞ-a Türkiyənin ədliyyə nazirinin və daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti gedəcək, orada Gülənin ekstradisyası ilə bağlı danışıqlar aparılacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Müəllif:

Oxşar xəbərlər