Bu günlərdə İzmir prokurorluğunda baş müstəntiq Zəfər Durun hazırladığı 56 səhifəlik ittihamnamə Ağır Cinayətlər Məhkəməsində qəbul edilib.
Lent.az-a xəbər verir ki, ittihamnamədə FETÖ qruplaşmasının lideri olan Fətullah Gülənlə bağlı maraqlı faktlar qeyd edilib.
FETÖ-nün maliyyə qaynaqları ilə bağlı başlanan cinayət işinin yekunu olaraq hazırlanan ittiham aktında Fətullah Gülenin illər öncə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşdüyü və onun Türkiyəyə gizli kardinal kimi təyin edildiyi qeyd edilir.
İttiham aktında xüsusi vurğulanır ki, Fətullah Gülən ABŞ-a getməzdən təxminən 1 il əvvəl, daha dəqiq 9 fevral 1998-ci ildə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşüb. Roma Papası İkinci İohan Pavel bu görüşdən 12 gün sonra 20 kardinal təyin edib. Və ilk dəfə məhz həmin vaxt Papa 100 ildir istifadə edilməyən “in pecture” səlahiyyətindən yararlanaraq iki nəfəri də gizli kardinal təyin edib. “Bu şəxslərin kimlikləri isə qaydalara uyğun olaraq açıqlanmadı. Təyin edilən gizli kardinallardan birinin Fətullah Gülən olması iddiası bu işdə üstündə xüsusi dayanılmalı olan məsələlərdəndir”, deyə, ittihamnamədə qeyd edilir.