Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İrəvana rəsmi səfərə gedib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində onun Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşü planlaşdırılır.
Bu, il ərzində gürcü nümayəndə heyətinin Ermənistana 3-cü səfəridir. Xatırladaq ki, bu ilin fevralında Gürcüstan müdafiə naziri Tina Xidaşeli, martda isə xarici işlər naziri Mixail Canelizde İrəvana səfər ediblər.
Ekspertlərin fikrincə, bununla hazırki hökumət oktyabrda keçiriləcək parlament seçkilərində ölkədə yaşayan ermənilərin səsini qazanmaq istəyir.
Samir