Özbəkistan prezidenti İslam Kərimiov Səmərqənddə "Şahi-Zinda" yox, "Həzrəti Xızır" qəbiristanlığında dəfn olunub.
Teleqraf.com Fergana agentliyinə istinada xəbər verir ki, bu barədə Səmərqənddə yaşayan tanınmış jurnalist Taşpulat Rəhmatullayev yazıb.
Jurnalistin sözlərinə görə, "Şahi-Zinda" qəbiristanlığında son 20 ildə heç kəsin dəfn olunmaması da düzgün informasiya deyil, mərhum üçün istisna kimi düşünülüb. Sadəcə bu kompeksdə tarixi şəxsiyyətlər, Əmir Teymur və onun xanımının nəslindən olan insanlar basdırılıb.
Beləliklə, İslam Kərimovun məzarı Səmərqənddə Daşkənd küçəsindəki məscidin solunda, "Həzrəti Xızır" qəbiristanlığındadır. "Şahi-Zinda" isə məscidin solunda yerləşir.
Mahir