ABŞ və Rusiyanın Suriyada hərbi əməkdaşlıq və atəşkəs razılaşması hələ də masada qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Rusiyanın geri addım atması ilə bağlı fikir söyləyib. Bununla bağlı ABŞ-ın Suriya üzrə nümayəndəsi Maykl Ratney açıqlama verib.
Onun sözlərinə görə, Rusiya əldə edilən razılaşma müddəlarında göstərilmiş bəzi öhdəlikləri yerinə yetirmək istəmir: "Vaşinqton rəhbərliyi ilə bunları bir daha nəzərdən keçirməliyik".
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün ABŞ Dövlət katibi Con Kerri ilə Çində keçirilən G-20 zirvəsi çərçivəsində görüşüblər.
Rusiya XİN nümayəndəsinin məlumatına görə, görüşdə tam razılıq əldə edilməyib. Nazirlər yaxın günlərdə yenidən görüşməyi planşdırırlar.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin iki ölkənin Suriya məsələsində tezliklə razılaşma əldə edəcəyini açıqlamışdı. Əldə edilən müddəaların bəziləri mətbuata açılanmışdı. Razılaşmaya görə, Əsəd rejiminə qarşı döyüşən Ən Nusra Cəbhəsinin bombalanması üçün birgə əməliyyatın təşkili qarşılığında Rusiya Suriya prezidenti Bəşər Əsədin ABŞ-ın terrorçu kimi tanımadığı qruplara hücumunun qarşısını almalı idi.
Samir