Sahib Kərimlidən Aslan İsmayılova sərt sözlər
Artıq neçə gündür ki, hüquqşünas Aslan İsmayılovla AXCP funksioneri Sahib Kərimli arasında söz davası gedir, tərəflər bir-birini ittiham edirlər.
Qeyd edək ki, vəkil Aslan İsmayılov vaxtilə Sahib Kərimlinin onunla əlaqə saxladığını, AXCP-ni ələ keçirmək üçün ondan dəstək istədiyini bəyan edib. Sahib Kərimli isə bu iddiaları rədd edib, vəkili yalan danışmaqda günahlandırıb.
Son günlər tərəflər arasında söz davası adətən Feysbukda müşahidə edilir.
Teleqraf.com xəbər verir ki, Sahib Kərimli sosial şəbəkədə yeni status yazaraq hüquqşünası tənqid edib. O, bəyan edib ki, Aslan İsmayılov tərbiyəsizlik edir: “ Yazdıqlarımı da silir. Həm də səhifəsində yazır ki, Sahib Kərimli danışdıqlarını qoy bura.
Mən Aslan müəllim yazıram, o isə cılız sözlər. Nə qoyum? Qoydum da hamısını. Deyirsiz ki, mənimlə əlaqə yaradıb. Sübut etdim ki, siz əlaqə yaratmısız. Deyirsiz ki, mənimlə AXCP haqqında danışdı. Yazışmada sübut etdim ki, mən sizinlə hadisənin hüquqi tərəflərini müzakirə edirdim. Siz isə AXCP rəhbərliyini görüşə qədər səbr etmədən yazışmada təhqir edirdiz. Görüşdə də mən həmişə səsləndirdiyim tənqidləri, siz isə özünüzü kosmosun başına qoyub, hələlik bura yazmadığım sərsəm təhqirləri səsləndirmisiz.
Nəyi etiraf edim? Sizin səhifənizdəki adamların ağlı çatanı araşdırsa görəcək ki, siz yalan danışırsız, göründüyü kimi deyilsiz, polemika mədəniyyətiniz yoxdur, təhqirə keçirsiz. Başqalarında olan zombilərdən siz də də var, araşdırmamış, anlamamış yazırlar. Elə səhvlər edirsiz ki, onlar da ayılacaq. Bu zamana kimi bəlkə hamıya söz keçirib susdurmusuz, haray salıb fikir yayındırmısız, amma bizimlə keçməz”.
Cavad