Moldovadan gələn turist avtobusu Bolqarıstanın Blaqoyevqrad şəhərinin ərazisindən keçən magistral yolda hərəkətdə olan zaman yanmağa başlayıb.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BMT) məlumat yayıb.
"Yunanıstanda istirahətdən sonra ölkələrinə qayıdan 26 turist zamanında təxliyə olunub, heç kim zərər çəkməyib. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir", - deyə məlumatda bildirilib.