Əfqanıstanın Kabul şəhərində naməlum silahlılar humanitar yardım təşkilatı sayılan "CARE" şirkətinin binasına hücum edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı binadan atışma və partlayış səsi gəlib. Məlumatlara görə, hadisə nəticəsində təşkilatın bir neçə üzvü öldürülüb.
Hazırda binanın azad olunması üçün əməliyyat həyata keçirilir. İlkin ehtimallara görə, binada 3 terrorçu gizlənir.
Samir