28 İyun 2014 00:33
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Osetiya “Donetsk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.

Cənubi Osetiya həmçinin taninmamış respublika ilə diplomatik əlaqə quracağını bildirib.

"Cümə günü respublika Təhlükəsizlik şurasının iclasında bu məsələnin müzakirəsindən sonra, Tibilov uyğun olan fərmanı imzaladı", - deyə Cənubi Osetiyanın prezidentinin və hökumətinin mətbuat xidmətindən bildirilib.

Daha əvvəl “DXR” Ali sovetinin sədri Denis Puşilin respublikanın tanınması haqqında xahişlə Cənubi Osetiya prezidenti Leonid Tibilova müraciət etmişdi.

Tibilovun fərmanına əsasən, Cənubi Osetiya “DXR” xalqının istəyini nəzərə alaraq, “DXR”i müstəqil və suveren dövlət kimi tanıyır.

Sənəddə, həmçinin respublikanın Xarici İşlər Nazirliyinə verilən tapşırıqla “DXR”la diplomatik münasibətlər qurmaq tövsiyə edilir./anspress/


Müəllif: