6 Sentyabr 2016 14:10
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, xilasedicilər intihar etmək istəyən şəxslə söhbət edib və onu fikrindən daşındıra biliblər. Həmin şəxs binanın damından aşağı endirilib.

12.43

Bakıda binanın damına çıxan şəxs intihar etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist İradə Nurəddinqızı Facebook sosial şəbəkəsində bildirib: "Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında bir nəfər kişi binanın damına çıxaraq intihar edəcəyini bildirir".

Jurnalist onun əlində içi benzinlə dolu qabın olduğunu da qeyd edib.

Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.

Nihad


Müəllif: