Türkiyənin Baş nazirinin müavini Mehdi Eker və 5 nəfərlik qrup Fətullahçı Terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a gedib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Eker səfər öncəsi mətbuat konfrasında məlumat verib:
"Ədalət və İnkişaf Partiyasından 5 millət vəkili ilə birlikdə ABŞ-a gedirik. Orada bir sıra görüşlər keçirəcəyik. Səfər sentyabrın 9-dək davam edəcək. Vaşiqntonun tələb etdiyi bütün sənədləri təqdim etmişik. ABŞ üçün 11 sentyabr nədisə, bizim üçün 15 iyul odur. ABŞ-ın bizi anlayışla qarşılayacağına inanırıq. Səfərimiz bitdikdən sonra mətbuat konfrası təşkil edəcəyik".
Samir