ABŞ prezidenti Barak Obama Laosda bir neçə gün öncə onu təhqir etmiş filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, “Reuters”in məlumatına görə, ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər.
Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib, sonra üzr istəmişdi.