"Türkiyə ordusu və təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı tarixinin ən böyük əməliyyatını keçirir".
Teleqraf.com xaric mediaya istinadən xəbər evrir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qubernatorlarla görüşündə çıxışı zamanı deyib:
"Biz Cerablusda əməliyyata başladıq və PKK-ya qarşı ən böyük əməliyyat keçiririk".
Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri Çukurca rayonunda PKK-ya qarşı əməliyyat keçirir. Bugünə olan məlumaat görə, əməliyyatlar zamanı 186 terrorçu öldürülüb, 9 türkiyəli hərbçi şəhid olub, 20 əsgər yaralanıb.
Samir