9 Sentyabr 2016 15:54
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın liderləri Şimali Koreyanın 5-ci dəfə nüvə sınağı keçirməsinə sərt reaksiya veriblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı ilk olaraq ABŞ prezidenti Barak Obama fikir bildirib. O, Koreya Xalq Demokratik Respublikasına (KXDR) xəbərdarlıq edir: "KXDR-in təxribat tipli hərəkətlərinin ciddi nəticələri olacaq. ABŞ bu kimi fəaliyyətlərdən çox narahatdır".

Obama bu fikri Laosdan qayıdarkən təyyarədə söyləyib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Yukiya Amano KXDR-in bu addımını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib: "Şimali Koreyanın bugünkü nüvə sınağı bu ilki 2-ci, 2006-cı ildən bəri 5-cidir. Bu çox həyəcanlı və kədərli hadisədir. BMT TŞ 2016-ci ilin yanvarın 6-da KXDR-in nüvə sınağını 2270 saylı qətnamənin pozulması kimi qiymətləndirmişdi. Mən Pxenyan hökumətini BMT TŞ-nın və MAQATE-nin qətnamələrinə tam riayət etməyə çağırıram".

Fransa prezidenti Fransua Olland KXDR-in yeni nüvə sınaqları keçirilməsini qətiyyətlə pisləyib: "Beynəlxalq ictimaiyyət BMT TŞ-ın qətnamələrini pozan təxribat xarakterli hərəkətləri yekdilliklə pisləməlidir. Təhlükəsizlik Şurasını bu pozuntunu dəyərləndirməyə çağırıram".

Çinin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda Çinin KXDR-in nüvə sınaqlarına qarşı qətiyyətlə çıxış etdiyi bildirilib: "KXDR dünya ictimaiyyətinin mövqeyini nəzərə almadan növbəti dəfə təxribat xarakterli hərəkətlərə yol verib. Biz təkid edirik ki, Şimali Koreya tərəfi denuklearizasiya barədə vədinə əməl etməlidir. Çin Koreya yarımadasının denuklearizasiyası ilə bağlı əzmlə çalışır və altıtərəfli danışıqlar yolu ilə bu məsələnin həlli uğrunda çıxış edir".

Cənubi Koreyanın baş naziri Xvan Qe An təcili olaraq ölkənin təhlükəsizlik şurasının iclasını çağırıb. İclasda çıxış edən An bildirib ki, milli iqtisadiyyatda mənfi nəticələrin minimuma endirilməsi üçün Koreya Respublikası KXDR-in nüvə sınaqlarına qarşı kompleks tədbirlər görəcək: "Koreya hökuməti ABŞ və BMT Təhlükəsizlik Şurası ilə birlikdə Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirəcək".

Yaponiyanın baş naziri Sindzo Abe isə hadisədən dərhal sonra amerikalı həmkarı Baram Obama ilə telefon əlaqəsi saxlayıb. Barak Obama Yaponiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu təsdiqləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər