İrəvanın Azadlıq meydanında daha bir yürüş-mitinq keçirilib.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, aksiya iyul ayında siyasi məhbusların azad olunması üçün polis məntəqəsini ələ keçirmiş “Sasna çrer” silahlı qruplaşmasının üzvlərinə dəstək üçün keçirilib.
Nümayişçilər hər həftənin 5-ci günü “Sasna çrer”in üzvlərinə dəstək aksiyası keçirəcəklərini bəyan ediblər.