28 İyun 2014 12:36
771

ABŞ-ın hərbi qüvvələri Amerika vətəndaşlarının və İraqa gəlmiş hərbi məsləhətçilərin təhlükəsizliyini təmin etmək üçün Bağdad üzərində uçuşlar həyata keçirməyə başlayıb.

Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Hal-hazırda İraq ordusu üsyançılar tərəfindən ələ keçirilmiş Tikrit şəhəri uğrunda mübarizə aparır. BMT-nin məlumatına görə, iyunun 9-dan başlayaraq silahlı münaqişə nəticəsində mindən artıq insan həyatını itirib.


İraqın Baş naziri Nuri əl-Maliki əmindir ki, Bağdad təhlükədə deyil. Onun bu fikri ilə Amerika generalı Ceyms Konuey də razıdır. Onun sözlərinə görə, ən çətini artıq arxada qalıb. Bundan sonra döyüşçülər Bağdadı ələ keçirə bilməzlər.


ABŞ rəsmisi isə öz növbəsində bildirib ki, pilotsuz təyyarələrdən İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edilməyəcək./axar/


Müəllif: