BMT-nin Baş katibi Pan Gi Mun Koreya Xalq Demokratik Respublikasının nüvə sınağı həyata keçirməsini dünyada toqquşmaya səbəb ola biləcək ən ciddi problemlərdən biri adlandırıb.
Teleqraf.com “Associated Press”ə istinadən xəbər verir ki, baş katib Şimali Koreyanın nüvə sınağı həyata keçirməsinin nəticəsinin Suriya böhranı və digər münaqişələrin nəticəsindən daha dağıdıcı ola biləcəyini vurğulayıb.
“Mən sadəcə başa düşə bilmirəm ki, nəyə görə onlar özlərini bu cür aparmaqda davam edirlər. Əlbəttə, bir koreyalı və baş katib kimi mən situasiyanın bu cür inkişafından narahatam və məyusam”.
Qeyd edək ki, Şimali Koreya yeni nüvə sınağını sentyabrın 9-da keçirib. Bundan əvvəl isə ölkə bu ilin yanvarında nüvə sınağı keçirmişdi.
Səxavət