Suriyanın İdlib şəhər bazarı hava zərbəsinə məruz qalıb, nəticədə azı 25 nəfər ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ölən və yaralananlar arasında qadın və uşaqlar var.
Zərbə nəticəsində bir neçə binanın uçduğu bildirilir.
Zərbə endirən təyyarənin hansı ölkəyə məxsus olduğu məlum deyil.