11 Sentyabr 2016 12:23
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Çin Sahil Xidmətinin 4 patrul gəmisi Yaponiyanın ərazi sularında yerləşən mübahisəli Senkaku (Dyaoyuydao) adası rayonuna daxil olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Təhlükəsizlik Xidməti məlumat yayıb.

Yaponiya Təhlükəsizlik Xidmətinin tələbinə baxmayaraq, Çin gəmiləri yarım saata qədər Yaponiyanın ərazi sularında qalıblar. Hazırda Çin gəmiləri bitişik zonadadır.

Qeyd edək ki, sonuncu dəfə Çin gəmiləri Yaponiyanın ərazi sularına 21 avqustda daxil olublar. Senkaku (Dyaoyuydao) adası Yaponiya və Çin arasında mübahisə predmetidir. Yaponiya adanın 1985-ci ildən idarəetməsində olduğunu bildirir. Pekin isə bəyan edir ki, 1783 və 1785-ci illərdə Yaponiyanın xəritələrində bu ada Çin ərazisi kimi əksini tapıb.


Müəllif:

Oxşar xəbərlər