11 Sentyabr 2016 16:38
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Amatriçe şəhərində baş vermiş zəlzələdən 16 gün sonra axtarış-xilasetmə əməliyyatı zamanı sağ qalmış pişik aşkar edilib.

Teleqraf.com “Il Sole 24 Ore” qəzetinə istinadən xəbər verir ki, İtaliya Milli Yanğından Mühafizə Xidmətinin əməkdaşları iki həftə ərzində təmiz hava, qida və su olmadan yaşamış pişiyi zəlzələ nəticəsində dağılmış evin xarabalıqları altından çıxarıblar. Xilasedicilər pişiyin zəif səslə miyoldamasını eşidiblər. “Petro” ləqəbli pişik kritik vəziyyətdə yerli veterinar klinikalardan birinə təhvil verilib. Onun yaşayıb-yaşamayacağı məlum deyil.

Qeyd edək ki, maqnitudası 6 bal gücündə olan zəlzələ İtaliyanın mərkəzində yerləşən dağlıq rayonlarında avqustun 24-də gecə saatlarında baş verib. Nəticədə 279 nəfər həlak olub, 2,5 min nəfər yaşayış yerini itirib, 238 nəfər xilas olunub. Xilasedicilər hələ də Amatriçe, Akkumoli və digər rayonlarda işlərini davam etdirirlər. Ancaq onların sözlərinə görə, uçqunlar altında qalan şəxslərin praktiki olaraq yaşama şansı qalmayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər