Bu gün günorta saatlarında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin şimalına aviazərbələr endirib.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, koalisiyaya məxsus hərbi təyyarələr Səna əyalətində quyu qazmaqla məşğul olan dinc sakinlərə zərbə endirib. Nəticədə 21 dinc sakin ölüb, daha 20 nəfər yaralanıb.