ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton pnevmaniyaya görə müalicə olunub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, həkimlər bununla bağlı 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimini zamanı Klintnun səhhətinin qəfil pisləşməsindən sonra açıqlama veriblər.
Həkim Lisa Bardack deyib ki, ona cümə günü pnevmaniya diaqnozu qoyulub və antibiotiklər verilib, lakin Nyu-Yorkda keçirilən mərasimdə o halsızlaşıb.
Həkimlərin yaydığı bəyanatda onun səhhətinin indi yaxşı olduğu deyilsə də, təbliğat rəsmiləri deyib ki, o, xəstəliyi səbəbindən Kaliforniyaya olan səyahətini təxirə salıb.
Bu arada, Klintonun səhhətinin pisləşdiyi anın görüntüləri yayımlanıb. Göüntülərdə onun mühafizəçilərin köməyi ilə maşına əyləşdiyi və oradan uzaqlaşdığı əks olunub.
Samir