12 Sentyabr 2016 12:58
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal-şərq əyaləti Tszilin əyalətinin Çançun şəhərindəki zooparkda nadir hallarda rast gəlinən hadisə baş verib.

Teleqraf.com “The Daily Star” nəşrinə istinadən xəbər verir ki, Sibir pələngləri qrupu iki yaşlı dişi pələngi parçalayıblar. İnsident turistlərin gözü önündə baş verib və onlar tərəfindən mobil telefonla lentə alınıb.

Dişi pələng öz volyerindən (zooparkda heyvanları və quşları saxlamaq üçün hər tərəfi qəfəslənmiş meydança) çıxaraq həmcinsləri olan bölməyə soxulub. Bu zaman digər pələnglər onun üzərinə şığıyıblar. Zoopark direktorunun köməkçisi Liu Çan bildirib ki, qurbana hücum edənlərdən biri onun öz valideyni olub. O, əlavə edib ki, məhv edilən pələng iki il ərzində öz həmcinsləri ilə sülh şəraitində yaşayıb. Ekspert təxmin edib ki, dişi pələng oyun zamanı yaralanıb və qan qoxusu yırtıcılarda aqressiya hissinin oyanmasına səbəb olub.

Səxavət


Müəllif: