28 İyun 2014 15:27

Moskva şəhərinin hidrometereoloji bürosu güclü külək və yağışla müşaiyət olunan qasırğa barədə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, təbii fəlakətin Moskva vilayətinin şərq hissəsində bu gün axşam saat 22.00-da olacağı güman edilir. Küləyin sürəti saniyədə 15 metrə çatacaq.

Kolomna rayonunda temperatur 8,2 dərəjəyə düşüb. Ən yüksək temperatur isə Mojayskda qeydə alınıb və bu, 11,9 dərəcədir.


Müəllif:
Загрузка...