14 Sentyabr 2016 16:03
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın P-8A Poseidon tipli 168761 nömrəli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindən Rusiya sahillərinə yaxınlaşıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sərhədə yaxınlaşarkən, təyyarənin ötürücü qurğusu söndürülüb və göndərilən xəbərdarlıqlara cavab verilməyib.

Məlumatlara görə, təyyarə Rusiya sahillərinə çox az məsafə qalmış geri dönüb.

Qeyd edək ki, Amerika kəşfiyyat təyyarələri tez-tez Rusiya sərhədlərinə doğru yönəlir. Lakin Pentaqon hesab edir ki, onların təyyarələri Baltik və Qara dəniz üzərindən uçarkən heç bir qanunu pozmurlar.

Samir


Müəllif:

Oxşar xəbərlər