Kommunizmin son qüllələrindən biri olan Kubada xərçəng əleyhinə dərmanlar xəstələrə pulsuz paylanacaq.
Teleqraf.com xəbər verir ki, ən kasıb vaxtlarında belə elmi araşdırmalara ara verməyən Kuba alimlərinin hazırladıqları Cimavax adlı dərman xərçəngin böyüməsinin qarşısını alır və xəstəliyə yoluxmuş şəxslərin ömrünü ən azı bir il uzada bilir.
Alimlərin bu kəşfi dünya səhiyyəsinin diqqətini cəlb edib. Artıq bu yöndə araşdırmaların dərinləşdirilməsinə start verilib. İlkin olaraq hazırlanan dərmanlar xəstələrə pulsuz paylanılır.
Ruslan