Banqladeşin paytaxtı Dakka şəhərində küçələr qırmızı qana boyanıb. Sanki göydən yağış deyil, qan yağıb.
Teleqraf.com xəbər verir ki, hadisə Qurban Bayramının ikinci günündə yaşanıb. Belə ki aramsız yağan yağış Dakka küçələrində sanki bir sel görüntüsü yaradıb. Bu zaman kəsilən qurbanların qanı yağan yağışla qarışıb və Dakka küçələri qorxunc filmlərdəki kimi sanki qana boyanıb. Bu vəziyyətdən şəhər sakinlərinin özləri də qorxub.
Xatırladaq ki, Qurban Bayramı ərəfəsində Dakka Bələdiyyəsinin qurban kəsmək üçün şəhərin şimalında 496, cənubunda isə 504 yer hazırlamasına rəğmən, şəhər sakinləri qurbanlarını evlərinin yaxınlıqlarında kəsiblər.
Cavad