Ermənistanın baş naziri Karen Karapetyanın parlamentin dünənki iclasına bahalı qol saatı ilə qatılması erməni mətbuatının diqqətini cəlb edib.
Teleqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, iclas başlanandan sonra parlament binasına daxil olan yeni baş nazir onun üçün ayrılmış yerdə oturub. Xəbərə görə, heç bir deputat ona yaxınlaşıb baş nazir təyin edilməsi münasibətilə təbrik etməyib. Erməni mediası diqqəti Karapetyanın qol saatına yönəldib. “Kerbedanz” brendinə məxsus qol saatının 700 min dollar dəyərində olduğu vurğulanıb.
Ermənistan mətbuatında sözügedən şirkətin baş nazirə məxsus olduğu qeyd edilib. Belə ki, İsveçrədə fəaliyyətə başlayan “Kerbedanz” şirkətinin bütün dünyada mağazaları mövcuddur. “Krbedants” Qapalı Səhmdar Cəmiyyətinin şirkət nümayəndəsi isə Karapetyanın ev ünvanında qeydiyyatdadır.
Kəmalə