İddialara görə, Filippin prezidenti Rodrigo Duterte Davao şəhərinin meri olarkən ədliyyə departamentinin agentinə Uzi avtomatı ilə atəş açaraq öldürüb.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, iddia mühakiməsiz edamlarla bağlı senat dinləmələrində silahlı dəstənin keçmiş üzvü Edgar Matobato tərəfindən irəli sürülüb.
O bildirib ki, Dutarte 25 il ərzində ona və digərlərinə təxminən 1000 nəfər kriminal və siyasi rəqibi öldürməyi tapşırıb.
Dutertenin sözçüsü iddiaları rədd edib.
Prezidentin sözçüsü Martin Andanar bildirib ki, prezidentin meri olduğu zamankı fəaliyyətinə dair araşdırmalar nəticəsizdir.
57 yaşlı cənab Matobato deyib ki, o, əvvəllər yüzlərlə insanın ölümünə cavabdeh olduğu iddia edilən Davo Edam Dəstəsinin üzvü olub.
"Bizim işimiz narkotik alverçiləri, təcavüzkar və oğruları öldürmək olub," o deyib. O həmçinin iddia edib ki, Dutertenin siyasi opponentləri də hədəfdə olub.