16 Sentyabr 2016 12:12
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının sentyabrın 13-dən 17-dək Almaniya və İngiltərə səfirliklərinə hücum planlaşdırması ilə bağlı Türkiyə Baş Polis İdarəsinin apardığı araşdırmalar zamanı Ankarada 3, İstanbulda 1 nəfər saxlanılıb.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslərin terror qruplaşmaları ilə əlaqəli olması barəsində dəqiq məlumat yoxdur.

Nazirlik xüsusi təhlükənin olmadığını, ancaq buna baxmayaraq, hər iki ölkənin səfirliyinin Türkiyə DİN-in məlumatlandırıldığını qeyd edib.

İngiltərənin Ankaradakı səfiri Riçard More məsələ ilə bağlı jurnalistin sualını cavablandırıb: "Türk rəsmiləri təhlükə ilə bağlı lazımi tədbirlər görürlər. Ancaq belə bir vəziyyətdə səfirliyin bağlanması vacib tədbirdir".

Qeyd edək ki, təhdidlə əlaqədar İngiltərə və Almaniya Ankaradakı səfirliyini qeyri-müəyyən müddətə bağlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər