Amerikanın "Nyu York Tayms" nəşri və "CBS Nyus" telekanalı noyabrın 8-də ölkədə baş tutacaq prezident seçkilərində əsas rəqiblər - Hillari Klinton və Donald Trampla bağlı sorğu keçiriblər.
Teleqraf.com xəbər verir ki, respondentlərə ilk sual belə olub: "Hillari Klinton və ya Donald Trampın prezident seçilməsini təhlükəsiz hesab edirlər, yoxsa düşünürlər ki, bu ölkə üçün risklidir?"
Sorğunun nəticələrinə əsasən, 67 faiz iştirakçı Trampı, 51 faizi isə Klintonu ölkə üçün riskli prezident hesab edib. Bundan başqa, 60 % seçici Klinton və Trampı dürüst və inam qazanan hesab etmir.
Digər sual Klinton və Trampın xarakteri ilə bağlı olub. Sorğu iştirakçılarının 64 faizi Trampın, 44 faizi isə Klintonun xarakterinin yaxşı prezidentə yaraşmadığını deyiblər.
"Nyu York Tayms" nəşrinin növbəti sualı belə olub: "Tramp və Klintondan hansı hazırkı problemləri daha tez həll edə bilər?" Respondentlərin 51 faizi hesab edir ki, Klinton xarici siyasət, miqrasiya, terrorçuluq və milli təhlükəsizlik məsələsində Trampdan daha çox bacarıqlıdır.
Sorğu sentyabrın 9-dan 13-dək keçirilib və burada 1433 nəfər iştirak edib.
Samir