29 İyun 2014 11:04
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda 260 talib öldürülüb.

Teleqraf.com-un məlumatına görə, terrorçular Hilmend vilayətində təhlükəsizlik qüvvələrinə qarşı hücuma keçib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, silahlı toqquşmalar zamanı 28 əsgər ölüb, 260 terrorçu isə məhv edilib.

Qeyd edək ki, iyunun 26-dan etibarən "Taliban" terror qruplaşması Əfqanıstan təhlükəsizlik qüvvələrinə genişmiqyaslı hücumlar həyata keçirir. Həmin gün 800 terrorçu hərbçilərə hücum etmişdi.

Ötən ay ABŞ prezidenti Barak Obama Əfqanıstanda olan ABŞ qoşunlarının 2016-cı ilin sonuna qədər ölkədən çıxarılacağını bəyan etmişdi.


Müəllif: