Türkiyənin baş naziri Binəli Yıldırım, CHP lideri Kamal Kılıncdaroğlu və digər nüfuzlu şəxslər Tarik Akanın dünyasını dəyişməsi münasibətilə onun ailəsinə başsağlığı veriblər.
Teleqraf.com xəbər verir ki, Tarik Akanın vəfatı ilə bağlı danışan tanınmışlar arasında bir nəfərin fikirləri xüsusi diqqət çəkib. Bu Türkiyə Cümhuriyyətinin sabiq baş qərargah rəisi İlkər Başbuğun fikirləri olub.
İlkər Başbuğ Twitterdə bu haqda fikirlərini açıqlayıb. General yazısında həbsdə olduğu müddəti xüsusilə xatırladıb. Qeyd edib ki, Silivri həbsxanasında onları heç zaman tək buraxmayan isimlərdən biri də məşhur aktiyor Tarik Akan olub: “Bizi həbsxanada tək buraxmayan aktyor Tarik Akana Allahdan rəhmət diləyirəm”.
Cavad