Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Qoşulmayanlar Hərəkatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün getdiyi Venesuelada ABŞ xarici işlər naziri Con Kerri ilə telefonlar danışıb.
Teleqraf.com-un məlumatına görə, Kerrinin təşəbbüsü ilə olan telefon danışığı Zamanı Suriyadakı durum - müharibənin dayandırılması, insanlara hümanitar yardımların göstərilməsi müzakirə olunub.