29 İyun 2014 12:28
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Şam İslam Dövləti neft və qaz yataqları ilə zəngin olan Beyci şəhərini ələ keçirəndən sonra Şimali İraq Kürdistan muxtariyyəti Türkiyədən neft məhsullarının ixracını 50% artırmağa qərar verib..

Şimali İraq Kürdistan muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyədən 9 min ton mühərrik yağı, benzin və müxtəlif neft məhsulları almaq istədiyini bəyan edib. Onun sözlərinə görə, Beyci şəhəri geri qaytarılmazsa, əlavə 4 min ton da müxtəlif neft məhsulları alınacaq.

Türkiyə hökuməti isə bildirib ki, təcili ehtiyac duyularsa, rəsmi Ankara Şimali İraq Kürdistan muxtariyyətinə neft və neft məhsulları göndərməyə hazırdır./anspress/


Müəllif: