17 Sentyabr 2016 00:24
406

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD terror təşkilatının tanınmış və nüfuzlu liderlərindən birinin Suriyada təşkil edilən hücum zamanı öldürüldüyünü açıqlayıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Pentaqon sözçüsü Peter Kok Vail Adil Həsən Salman Əl Fayadın sentyabrın 7-də Rakkada öldürüldüyünü bəyan edib. Kok Vailin İŞİD-in yüksək şurasının üzvlərindən olduğunu qeyd edib və onun təşkilatın informasiya naziri vəzifəsini icra etdiyini dilə gətirib. Pentaqon sözçüsü yazılı açıqlamasında "Vail İŞİD-in terroru təbliğ edən, işgəncə görüntülərinin əks olunduğu videoları hazırladan şəxsdir",- deyə vurğulayıb.


Müəllif: