17 Sentyabr 2016 10:33
926

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan Maral Akşener “FETO-nun MHP-yə sızma əməliyyatı” çərçivəsində həbs edilən ülgüçülərə sahib çıxmaq məqsədilə prezident Rəcəb Təyyub Ərdoğana zəng edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Akşenerin prezidentlə telefon əlaqəsi qurmaq cəhdi baş tutmayıb.

Bu səbəbdən o, prezidentə ayrıca faks göndərməklə mövqeyini ifadə edib. MHP başqanlığına keçmiş namizəd prezidentə göndərdiyi faksda həbs edilən şəxslərlə bağlı yanlışlığa yol verildiyini ifadə edib, onların uzun illər FETO ilə mübarizədə olduğunu bildirib.

“FETO-nun MHP-yə sızma əməliyyatı” çərçivəsində 33 MHP-li həbs edilib.

Meral Akşener vaxtilə Türkiyə Böyük Millət Məclisinin sədr müavini, keçmiş daxili işlər naziri kimi postlar tutub.

Nemət


Müəllif: