17 Sentyabr 2016 12:43
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bratislavada keçirilən Avropa Birliyi liderlərinin zirvə görüşü ilə bağlı maraqlı detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, İtaliya mətbuatına sızan xəbərə görə, görüşün sonunda İtaliya baş naziri Matteo Renzi Fransa prezidenti Fransua Ollandı və Almaniya kansleri Angela Merkeli boykot edib.

İtaliya baş naziri Matteo Renzi etirazını görüşün sonunda Angella Merkel və Ollandla birgə keçirəcəyi mətbuat konfransına qatılmamaqla nümayiş etdirib.

Bəlli olub ki, İtaliya baş naziri Fransa və Almaniyanın miqrant və iqtisadi böhranının həllinə dair fikirləri ilə razılaşmayıb. Bu səbəbdən mətbuat konfransına qatılmamaqla alman və franssız liderlərinə etirazını çatdırıb.

Mətbuata sızan xəbərə görə, baş nazir bildirib ki, bu bir polemika məsələsi sayıla bilməz, zirvə görüşünün iqtisadi və miqrant köçü ilə bağlı gəldiyi nəticələrindən məmnun deyil.

Renzi tvitter hesabında verdiyi açıqlamada isə yazıb ki, Avropanın miqrant və iqtisadi siyasətinin dəyişdirilməsinə ehtiyac var: “İrəliyə doğru addımlar atmaq lazımdır. Ancaq biz kiçik addımların şahidi oluruq. Avropa çox böyük riskə daxil olacaq”.

İtaliya ən çox qaçqın axınına məruz qalan ölkələrdən hesab olunur.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər