18 Sentyabr 2016 01:15
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Suriyaya humanitar yardım aparıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus FHN-nin mətbuat katibi Vitaliy Novitski "Belarus 1" telekanalına müsahibəsində bildirib.

"Biz 2015-ci ildə də Suriyaya humanitar yardım göndərmişdik. Bu dəfə təyyarə geriyə uçarkən Suriyanı tərk etmək istəyən Belarus və MDB ölkələrinin vətəndaşlarını da gətirib", - o deyib.

Vitaliy Novitskinin sözlərinə görə, 45 tonluq humanitar yardım Suriya tərəfinin istəyinə uyğun olaraq göndərilib. Humanitar yardıma uşaq geyimi və ayaqqabısı, uşaq qidası, konserv və klinikalar üçün dərmanla daxildir.

Nihad


Müəllif: