18 Sentyabr 2016 18:37
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.


İlkin məlumata görə, A.Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.


Qeyd edək ki, A.Taranov 26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.


Müəllif: