19 Sentyabr 2016 20:28
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin əş-Şarkiya bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Hərbi helikopter Misir Silahlı Qüvvələrinə məxsus olub. Hadisə nəticəsində helikopterdə neçə nəfərin olduğu məlum deyil. Qəzadan sonra vertolyotda yanğın baş verib. İlkin məlumatlara görə, hadisədən sağ xilas olan yoxdur.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Elvin


Müəllif: